Türkiyənin Vətən Partiyasından Azərbaycana dəstək: “Azərbaycan bizim də vətənimizdir”backend

Türkiyənin Vətən Partiyasından Azərbaycana dəstək: “Azərbaycan bizim də vətənimizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyə Cümhuriyyətinin Vətən Partiyasının lideri Doğu Perinçek Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və ermənilərin cəbhə bölgəsində atəşkəsi kobud surətdə pozması ilə bağlı bəyanatla çıxış edib. “Azərbaycanı müdafiə etmək İzmiri müdafiə etmək deməkdir” ifadəsini işlədən Doğu Perinçek dünya ölkələrini Ermənistna təzyiqləri artırmağa və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırıb.

Qeyd edək ki, Vətən Partiyası və ona yaxınlığı ilə seçilən Ulusal Kanal Televiziyası, o cümlədən “Aydınlıq” qəzeti davamlı olaraq, Azərbaycana dəstək mesajları verir və Ermənistanın işğalçı siyasətini sərt tənqid edir.