Türkiyə NATO-nun daha əvvəl tələb etdiyi xüsusi təyinatlılardan ibarət taboru Kosovoya yerləşdirməyə başlayıb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 65-ci mexanikləşdirilmiş piyada briqadasının komando taboru Kosovoda yerləşdirilməyə başlanıb. Nazirlik buna səbəb kimi bölgədə vəziyyətin gərginləşməsini qeyd edib.