Türklər ermənlərlə sərhəddə keçirilməli olan görüşdən imtina edibbackend

Türklər ermənlərlə sərhəddə keçirilməli olan görüşdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistan nümayəndələri ilə sabah baş tutmalı olan görüşdən imtina etmək qərarına gəlib.

Editor.az bildirir ki, bu barədə Ermənistan KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb. Qəbul edilmiş qərarın rəsmi səbəbləri hələlik məlum deyil.

Mənbənin sözlərinə görə, hələ ki, söhbətin konkret nədən getdiyi – görüşün təxirə salınması və ya ləğv edilməsi barədə məlumat yoxdur. Bundan əvvəl Türkiyə və Ermənistan nümayəndələrinin iyulun 2-də iki ölkənin sərhədində görüş keçirəcəyi bildirilmişdi.

//Samir Qurbanov, Editor.az