Türklər Naxçıvan gömrüyündən şikayət edir: “Belə qardaşlıq olarmı?” – Videobackend

Türklər Naxçıvan gömrüyündən şikayət edir: “Belə qardaşlıq olarmı?” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk sürücülər Naxçıvan gömrüyündə qiymətlərin baha olmasından şikayət edirlər.

Editor.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb. Videoda danışan türk sürücü onlara qarşı çox haqsızlıq edildiyini, yol xərclərinin artırıldığını deyib: “Onsuz da buraya addımımızı atan kimi danlanaraq qarşılanırıq. Bu, bizə çox pis təsir edir. Əvvəllər gediş-gəliş 40 km yol edirdi, 235 dollar xərcimiz çıxırdı. İndi isə sadəcə gedişi 360 dollar ediblər. Bir də bunun qayıdışı var ki, 720 dollar edir. Yükdən bu qədər pul qalmır ki, sən necə 720 dollar alırsan?”.

Şikayətçi həmçinin, onlardan 100 dollar yanacaq pulu alındığını da qeyd edib. “Nə yükləyirsən-yüklə yanacaqdır deyirlər. Belə bir qardaşlıq olarmı? Qarabağı aldıqdan sonra tamamilə dəyişiblər. Video çəkib sosial mediada paylaşıram ki, bəlkə kimsə əl atar. Burada çox haqsızlıqla qarşılaşırıq”.

Sözügedən videonu təqdim edirik:

 

Yenisabah