Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edibbackend

Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.

“Report”un xəbərinə görə, o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidir:

“Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşılıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir təməl olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini bir daha təqdirəlayiq hesab edirəm. Bununla bağlı Azərbaycana minnətdarlığımı bildirirəm”, – deyə dövlət başçısı qeyd edib.