Tusk: Ukrayna müharibəsi tezliklə dondurula bilərbackend

Tusk: Ukrayna müharibəsi tezliklə dondurula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda dondurula biləcəyini bildirib.

Tusk bu barədə The Guardian-a danışaraq qeyd edib ki, münaqişənin tam başa çatmasından yox, məhz onun dondurulmasından söz gedir:

> “Müəyyən siqnallar var və mənim də intuissiyam deyir ki, münaqişənin dondurulması – mən müharibənin sonu demirəm – bəlkə də gec yox, tez baş verəcək. Buna ümid var. Bu gün ultimatumu müddəti başa çatır. Prezident Zelenski ehtiyatlı olsa da, nikbindir.”

Onun sözlərinə görə, Ukrayna tərəfi mümkün atəşkəs və sülh prosesində Avropanın fəal iştirakında maraqlıdır. Baş nazir əlavə edib ki, bu bölgədə sülh Polşanın da təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Ukrayna prezidenti Volodimir Zelenski isə açıqlamasında telefon danışığı zamanı bir sıra mühüm məsələlərin müzakirə edildiyini bildirib. Bunlara müharibənin dayandırılması, birgə müdafiə istehsalı, ukraynalılara dəstək və Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar daxildir.

//Samir Qurbanov, Editor.az