Tüstüsünə kor olan Ermənistan – Bakıya PUSQU QURULDU: Tehran SSENARİSİ…backend

Tüstüsünə kor olan Ermənistan – Bakıya PUSQU QURULDU: Tehran SSENARİSİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayrağımıza həqarət edildi, özü də Ermənistanda, beynəlxalq bir yarışda, dünyanın gözü qarşısında. O Ermənistanda ki, Azərbaycana turnirdə iştirak edəcəyi təqdirdə xüsusi təhülkəsizlik tədbirləri görəcəkləri barədə söz verib, öhdəlik də götürmüşdü. Amma digər öhdəliklərinə sadiq qalmadığı kimi Ermənistan bu sınaqdan da başı aşağı çıxdı.

Bayrağın yandırılması məqamında çox önəmli 2 detal diqqətdən qaçmır:

1. Bayrağa yaxınlaşan faşist xislətlə erməni dığası Aram Nikolyan alışqanı atributumuza vuran kimi od tutub alışması bəzi məqamları incələmək üçün zəmin yaradır. Hər halda onun əlindəkinin bir adi alışqan olduğunu görmək elə də çətin deyil. Bir alışqanın bayrağı 2 saniyədə elə alışdırması inandırıcı məsələ deyil.

Adətən istənilən bir parçaya yanacaq töküb ona od vuranda ilk olara məhz həmin hissənin gur alışdığını çoxumuz müşahidə etmişik. Burada da eyni məqam diqqət çəkdi. Təxribatçı bu erməni Azərbaycan bayrağına alışqanı çəkən kimi bayraqda sanki xüsusi bir hissə ilk öncə güclü şəkildə od tutub yanmağa başladı. Yəni, erməni dığası bayrağı alışdırmaqda heç bir çətinlik çəkmədi. Bu məqam deməyə əsas verir ki, ermənilər öncədən Azərbaycan bayrağına hər hansı bir yanacaq maddə sürtüblər, alışan hissə də həmin maddənin töküldüyü məhz o yer idi.

2. Ermənistan təhlükəsizlik öhdəyilini icra etmədi. Bayrağımıza hücum edən həmin şəxsin bu beynəlxalq turnirlə yaxından-uzaqdan hər hansı bir bağlılığı olmadığı təqdirdə, aidiyyatı olmayan belə bir şəxsin akreditasiyadam keçirilərək məhz həmin yerdə mövqe tutması bunun öncədən planlaşdırıldığını və arxasında böyük maraqların dayandığını isbat edir.

Demək ki, bu hadisə sıradan bir fərdi şəkildə atılmış addım, verilmiş qərar yox, öncədən mütəşəkkil olaraq hazırlanmış ssenari əsasında törədilən təxribat idi. Bu hadisə son bir həftədə Ermənistandan Azərbaycana qarşı açıq şəkildə artıq 3-cü belə təxribata çəkmək cəhdidir:

✔️ Laçındakı hərbi təxribat (3 şəhid verdik, yaralılarımız oldu)

✔️ Əsgərimizin vəhşicəsini işgəncəyə məruz qaldığı kadrlarının sosial medianın erməni seqmentində sürətlə yayılması və Azərbaycanda bunun böyük narahatlıq yaratması

✔️ Bu dəqiqəyə kimi isə son olaraq milli qürürumuz, milli atributumuz, uğrunda minlərlə can fəda olan, qanı ona halal olan üçrəngli bayrağımıza qarşı belə bir həqarət

Bütün bunların bir səbəbi var: Azərbaycanı cavab tədbirləri görməyə, adekvat reaksiya verib, qarşıdakı həftələrdə Ermənistan və Azərbaycan dövlət başçıları, nümayəndə heyyətləri arasında nəzərədə tutulan təmasları deaktivləşdirmək, prosesi növbəti dəfə qeyri-müəyyən zamana kimi dalana dirəmək niyyətindədirlər.

Kimin bu niyyətdə olduğu isə məncə bəsbəllidir. Bütün bu hadisələrin məhz Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfər edərək iranlı həmkarı Əli Şamxani ilə görüşündən sonra baş verməsi heç də təsadüf bir məsələyə bənzəmir.

Əslində Qriqoryanla Şamxani arasında görüşdən sonra, konkret olaraq hansı məsələlər barədə müzakirələr, fikir mübadiləsinin getdiyi ilə bağlı hər hansı bir yekun məlumata rast gəlmək olmadı. Bağlı qapılar arxasında keçəın görüşün təfərrüatı barədə detallı şəkildə ictimaiyyətə, jurnalistlərə hər hansı bir məlumat verilmədi. Lakin Azərbaycana qarşı bu son sözügedən hadisələr deməyə əsas verir ki, Şamxani erməni həmkarına Azərbaycana qarşı hansı istiqamətlərdə təxribat törədilməyin vacibliyi ilə bağlı tapşırıq verdiyi aydınlaşır.

(İkinci Qarabağ müharibəsinin gedişində Gəncənin Ermənistan tərəfindən bombalanması zamanı evi dağılan azərbaycanlının üçrəngli bayrağı dağıntılar altından götürüb çıxdığı məşhur kadr)

Çünki İran çox yaxşı bilir ki, Azərbaycan üçün bayraq bu Vətən qədər önəmlidir, toxunulmazdır, müqəddəsdir. Xamneyinin xarici siyasət üzrə əsas məsləhətçisi və İranın bu istiqamətdəki gedişlərinin arxasında dayanan əsas ad Şamxani bütün bu detalları hər halda heç də pis bilmir. Elə buna görə də Azərbaycanı özündən çıxarıb, proseslərə eyni şəkildə reaksiya verməsi üçün provokasiyaya çəkən Ermənistanın planının arxasında iran amilinin dayandığını söyləməkdə heç bir tərəddüd etmirəm.

Millət vəkilini hədəf götürərək ona qarşı sui-qəsd hazırlatyan bir rejim əgər bu güllənin Azərbaycan dövlətinə atılmış olduğunu, rəsmi Bakıya ciddi xəbərdarlıq olduğunu yaxşı bilirsə, Azərbaycan xalqının namusu hesab etdiyi üçrəngli bayrağına, onun dövlətinin, dövlətçiliyinin atributuna od vurmağın da Azərbaycanda nə qədər böyük qıcıq yaradacağı, vəziyyəti nə qədər gərginləşdirəcəyi fikrimcə, gün kimi aydındır.

Rəsmi Tehranın məqsədi də elə budur. Eskalasiya riski artsın, sülh danışıqları yenidən dalana dirənsin və Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün bıhanəyə sahib olsun. Lakin Bakı təmkin göstərməyi bildiyi kimi, nə qədər qətiyyətli addım sahibi olduğunu da dünyanın gözü önündə nümayiş etdirib. Ən azı Ermənistan üçün 44 günlük İkinci Qarabağ nümunəsi var.

Əslində Ermənistanı İran xərcləyib bitirməkdədir. Çünki beynəlxalq yarışda, müxtəlif ölkə təmsilçilərinin gözü önündə belə bir təxribatcı addım bir daha dünya ictimaiyyətinə öz kimliklərini və niyyətlərini ortaya qoymaq adına olduqca rəzalət bir qərar idi.

Son bir həftədə Ermənistan istər Laçındaki hərbi təxribat görüntüləri ilə, istər əsir düşən Azərbaycan əsgərinə qarşı amansız, işgəncə, zorakılıq kadrları ilə, istərsə də ötən gün ağırlıqqaldırma üzrə İrəvanda keçirilən beynəlxalq turnirin açılış mərasiminda bayrağımıza od vurmaları bir daha bütün dünyaya Ermənistanın əsl xislətini, Azərbaycana, türkə olan nifrətini nümayiş etdirməklə yanaşı, bölgədə sülhə, regional təhlükəsizliyə nə qədər böyük təhdid olduqlarını açıq şəkildə göstərmiş oldu.

İndi qərar qalır Beynəlxalq Olimpiya Komitəsi, Ümümdünya Ağır Atletika Federasiyası, Avropa Ağır Atletika Federasiyasının Ermənistanda keçirilən belə bir beynəlxalq turnirdəki biyabırcılığa görə ədalətli qərar çıxarmasına.

Ermənistan təhlükəsizlik öhdəyilini icra etmədiyinə, aidiyyatı olmayan şəxsin akreditasiya edilərək Azərbaycanı dünyanın gözü önündə təxribata çəkmək cəhdinə görə cavab verməli, layiqli cəzasını almalıdır. Əgər bunu yenə aidiyyatı qurumlar etməyəcəksə, Ermənistanın cəzasızlıq sindromuna növbəti dəfə töhvə vermiş olacaqlar. Bu isə Ermənistanda və ölkə hüdudlarından kənarda hayların növbəti dəfə bu cür turnirlərdə növbəti təxribatlar törədəcəyini istisnasız hala gətimək demək olacaq.

Əslində, bundan sonra da Ermənistan tərəfindən Azərbaycana onu özündən çıxaracaq dərəcədə yeni təxribatları gözləmək mümkündür. Çünki İran XİN-in son günlər artıq Ceyhun Bayramovla üçüncü telefon danışığı belə bir mənzərə yaratmış olur ki, rəsmi tehran Bakı ilə münasibətlərin yumşaldılmasında maraqlıdır. Lakin bu, İranın Azərbaycana qarşı təxribat cəhdlərinin başa çatacağı anlamına gəlməməlidir. Belə görünür ki, İran artıq diqqəti özündən yayındırmaq üçün indi bu cür təxribatları məhz ən yaxın müttəfiqi, qardaşı, sirdaşı, Azərbaycana qarşı keçmiş revanş ritorikasına hələ də sadiq qalan Ermənistan variantından sitifadə etməkdədir.

Lakin Ermənistan bu qədər təxribatlar qarşısında toxunulmaz da deyil. Azərbaycan yenidən “Damokl qılıncını” İrəvandın başının üstünə sancmayacağına heç molla rejimi də Paşinyan hakimiyyətinə zəmanət verə bilməz. Ona görə də yaxşı olar ki, vəziyyəti o həddə çatdırmamış Ermənistan hakimiyyəti yanlış yoldan dönsün.

Milli.az