“Tutulanlar əsir adı ilə ermənilərə qaytarılmalı deyil, bu, kökündən yalnış yanaşmadır”backend

“Tutulanlar əsir adı ilə ermənilərə qaytarılmalı deyil, bu, kökündən yalnış yanaşmadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə noyabrın 10-da başa çatıb. Əsir müharibədə olur. Müharibədən sonra Azərbaycana ərazisində  erməni silahlısı varsa, o,  terrorçudur, cinayətkardır, ya məhv edilməli, ya da tutulub Azərbaycan qanunları ilə mühakimə edilərək həbs olunmalıdır. Tutulanlar əsir adı ilə ermənilərə qaytarılmalı deyil, bu, kökündən yalnış yanaşmadır”.

Editor.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, əsirlər müharibədə olur və müharibədə əsir düşənlər dəyişdirilir: “Odur ki, 10 noyabrdan  sonra Qarabağda tutulan silahlı ermənilərə əsir deməyin, cinayətkar deyin, onlar geri qaytarılmalı deyil, Azərbaycan qanunlarını pozduğuna görə həbs edilib, cəzalandırılmalıdır. Geri qaytarılanlar, sonradan silahlanıb, üstümüzə gəlirlər. Onların qondarma məhkəməsi necə ki, Dilqəmi və Şahbazı həbs etmişdi, bizim məhkəmə də  də onlara cəza verməlidir”.