Tyeri Anri ingilis futbol klubuna rəhbərlik edə bilərbackend

Tyeri Anri ingilis futbol klubuna rəhbərlik edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Bornmut” futbol klubu Londonun “Arsenal” klubunun keçmiş hücumçusu dünya və Avropa çempionu Tyeri Anrini baş məşqçi vəzifəsinə dəvət etmək niyyətindədir.

Editor.az Trend-ə istinadən bildirir ki, klub rəhbərliyi hazırda şimaliamerikan liqa komandası MLS “Monreal”a rəhbərlik edən Anri ilə danışıqlar aparmağı planlaşdırır.

Baş məşqçi kimi fransız Tyeri Anri əvvəllər Monakoda və 2018-ci il dünya çempionatında Belçika millisində məşqçi qərərəəəəgahında köməkçi kimi işləyib.

T.Anri 43 yaşındadır və “Monako”, “Yuventus”, “Arsenal” və “Barcelona” klublarında oynayıb. Fransa (1996/97 sezonu), İngiltərə (2001/02, 2003/04), İspaniya (2008/09, 2009/10) çempionu, bu ölkələrin kuboklarının və Çempionlar Liqasının (2008/09) qalibi olub. Fransa milli komandasının tərkibində 123 oyun keçirib və 51 qol vurub, Dünya (1998) və Avropa Çempionatı (2000), həmçinin Konfederasiyalar kubokunda (2003) qızıl medal qazanıb.