U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaqbackend

U-17 millimizin son sınağı: Bu gün Malta ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti sınağına çıxacaq.

B liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq sonuncu matçında Malta seçməsi ilə qüvvəsini sınayacaq.

“Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, hazırda B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz hesabındakı 2 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, komandamız bundan əvvəlki görüşlərdə Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə sülhə razılaşıb./Oxu.az