Meksikada baş verən yol qəzasında azı 21 nəfər ölüb. Qəza Meksikanın Oaxaka və Puebla ştatlarını birləşdirən avtomobil yolunda baş verib.
Daxili işlər naziri Puebla Samuel Aguilar Pala sosial mediada qəza nəticəsində 3 avtomobilin zədələndiyini bildirib. 18 nəfər hadisə yerində, daha üç nəfər isə xəstəxanada dünyasını dəyişib. Bir neçə zərərçəkənin vəziyyəti ağırdır və onlara tibbi yardım göstərilir. “La Jornada” qəzetinin məlumatına görə, ölümlə nəticələnən baş-başa toqquşma sement daşıyan yük maşınının digər avtomobili ötməsi, qarşıdan gələn zolağa çıxması və avtobusa, daha sonra isə mikroavtobusa çırpılmasından sonra baş verib. Qəzadan sonra yük maşını dərəyə uçaraq yanıb.
Aguilar Pala qeyd edib ki, qəzanın dəqiq səbəbləri istintaq orqanları tərəfindən müəyyən edilir.
//Samir Qurbanov, Editor.az

