Üç ay əvvəl işdən çıxarılan müdirin yerinə YENİ TƏYİNATbackend

Üç ay əvvəl işdən çıxarılan müdirin yerinə YENİ TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov əmr imzalayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Gəncə-Daşkəsən RTİ-nin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərova həvalə edilib.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov fevral ayında aparılan yoxlamalar sonrası vəzifəsindən azad edilib.