Üç BRİKS ölkəsi 2026-cı ildə birgə hərbi təlimlər keçirəcəkbackend

Üç BRİKS ölkəsi 2026-cı ildə birgə hərbi təlimlər keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikası, Çin və Rusiya Federasiyası 2026-cı ildə genişmiqyaslı birgə hərbi təlimlər həyata keçirəcək.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Pretoriyadakı səfiri Roman Ambarov RİA Novosti-yə açıqlama verib.

Diplomatın sözlərinə görə, Rusiya, Cənubi Afrika və Çin Hərbi-Dəniz Qüvvələrinin iştirakı ilə keçiriləcək “Mosi-3” hərbi-dəniz manevrləri 2026-cı ilin yanvar ayının əvvəlinə planlaşdırılıb.

Ambarov bildirib ki, sözügedən təlimlər üç ölkə arasında hərbi əməkdaşlıq baxımından mühüm mərhələ olacaq.

Qeyd edək ki, təlimlər əvvəlcə 2025-ci ilin noyabrına nəzərdə tutulsa da, Yohannesburqda keçiriləcək G20 sammiti ilə üst-üstə düşməməsi üçün tarix dəyişdirilib.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Belarus və Rusiya Silahlı Qüvvələri “Zapad-2025” təlimlərini keçirib. Təlimin əsas məqsədi İttifaq Dövlətinə qarşı mümkün aqressiya halında birgə müdafiə planlarını hazırlamaq, təhdidlərin neytrallaşdırılması və vəziyyətin sabitləşdirilməsi üzrə koordinasiyalı hərəkət mexanizmlərini sınaqdan keçirmək olub.

//Gülnarə Abasova, Editor.az