Üç il əvvəl tikintisi yekunlaşmalı olan bina TƏHVİL VERİLMİR – VİDEObackend

Üç il əvvəl tikintisi yekunlaşmalı olan bina TƏHVİL VERİLMİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Şamil Əzizbəyov ünvanında 2020-ci ildə təhvil verilməli olan bina hələ də tikilməkdədir. Xezerxeber.az xəbər verir ki, hazırda insanlar öz vəsaitləri hesabına kirayə məzillərdə qalırlar.

Belə ki, Nazirlər Kabinetinin və Nəsimi rayon icra Hakimiyyətinin sərəncamları ilə pilot layihə çərçivəsində həmin ərazidə  4 bina sökülərək yerinə  “Yeni Ailə  MTK” tikinti şirkətinə məxsus çoxmərtəbəli bina tikilir.

Lakin işlər yekunlaşmır.

Sakinlər iddia edir ki, uzun müddətdir ki, yaşadıqları kirayə evlərin ödənişini şəxsi vəsaitləri hesabına ödəyirlər.

Şikayətçilərin sözlərinə görə, tikilən çoxmərtəbəli binanın 2020-ci ilə qədər tam hazır olacağı bildirilsə də əlavə 3 il vaxt keçməsinə baxmayaraq, işlər demək olar ki, getmir.

Bu isə sakinləri narahat edir.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi Ələsgər Rüstrəmovun sözlərinə görə, həmin ünvanda bəzi sakinlərin köçürülməsində müəyyən qədər gecikmələr olub. Buna baxmayayaraq tikinti işləri yekunlaşmaq üzrədir.

“Yeni ailə” MTK-nın direktoru Ziya Hacıyev isə “Xəzər Xəbər”ə bildirib ki bina ilin sonunadək bütün texniki məsələlərlə təmin olunacaq və birinci, ikinci bloklarda sakinlərin yasayışı üçün hər cür şərait yaradılacaq.

MTK rəhbəri onu da əlavə edib ki, gələn ilin may ayına qədər isə digər iki girişli binanın tam təhvil verilməsi də planlaşdırılır.