Üç minə yaxın şaxtaçı xilas edilibbackend

Üç minə yaxın şaxtaçı xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krivoy Roq və Pavloqrad vilayətlərində elektrikin kəsilməsi səbəbindən mədənlərdə qalan 3 minə yaxın şaxtaçı səthə çıxarılıb.

Editor.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Teleqram-da məlumat verib. “Gecə gərgin idi. Bütün xidmətlər işləyirdi və indi də işlərini davam etdirir. Krivoy Roqda və Pavloqrad vilayətində xilasetmə əməliyyatları başa çatıb. Xilasedicilər müəssisələrin işıqlarının kəsilməsi səbəbindən şaxtalarda qalan 3 minə yaxın işçini su səthinə çıxarıblar”, – o, qeyd edib.

Rezniçenkonun sözlərinə görə, energetiklər enerjinin bərpasını davam etdirirlər. Rayonda artıq stehlakçıların 50%-ə qədəri artıq elektrik enerjisini ala bilirlər. Lakin “energetika sahəsində vəziyyət hələ də mürəkkəbdir. Ona görə də şəbəkəyə yükü mümkün qədər azaltmaq üçün dayandırmalar bundan sonra da davam edəcək” – Rezniçenko deyib.

//Samir Qurbanov,Editor.az