Daimi nümayəndələrin iclası zamanı əksər Aİ ölkələri Ukraynaya kömək üçün təcili tədbir kimi blokdan kənarda istehsal olunan mərmilərin alınması üçün Aİ vəsaitlərindən istifadə edilməsi qərarını dəstəkləyib.
Editor.az “Politico”ya istinadla xəbər verir ki, təşəbbüsə Fransa, Yunanıstan və Kipr də mane olub. Mənbələrin bildirdiyinə görə, imtinaya səbəb Avropa silah istehsalçılarının öz istehsalını artırmaq üçün sifarişlərə ehtiyac olması olub. Eyni zamanda, yanvar ayında yüksək rütbəli bir fransız məmuru vəd etmişdi ki, əgər blok mart ayına qədər Ukraynaya 1 milyon patron çatdırmaq məqsədini yerinə yetirə bilməsə, Paris Avropa İttifaqından kənardan silah alışına icazə verəcək.
Daha əvvəl bildirilmişdi ki, NATO 155 mm-lik artilleriya sursatının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
//Gülnarə Abasova, Editor.az

