Üç silahlı şəxs polisə hücum etdibackend

Üç silahlı şəxs polisə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan polisi hücuma məruz qalıb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib, hücum edənlər isə məhv edilib.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, fevralın 14-nə keçən gecə Starı Açxoy kəndində odlu silahla silahlanmış hal-hazırda naməlum üç şəxs polisə hücum edib.

Daha sonra hadisə yerindən odlu silah və döyüş sursatları aşkar edilib. Polis əməkdaşına hücumla bağlı cinayət işi açılıb, cinayətdə iştirak edənlərin dairəsi müəyyənləşdirilir.

//Samir Qurbanov, Editor.az