Üç uşağın qətlə yetirilməsindən sonra Böyük Britaniyanın Sautport şəhərində iğtişaşlar başlayıbbackend

Üç uşağın qətlə yetirilməsindən sonra Böyük Britaniyanın Sautport şəhərində iğtişaşlar başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az “The Guardian”a istinadən yazır ki, aksiyaları sağçı fəallar təşkil edib.

İğtişaşlara səbəb iyulun 29-da rəqs üzrə ustad dərsində 17 yaşlı yeniyetmənin üç uşağı qətlə yetirməsi olub. Qatil polis tərəfindən hadisə yerində saxlanılıb. Qətlin motivləri haqqında hələ heç nə məlum deyil.

Qəzetin məlumatına görə, fəallar məscidə hücum edib, həmçinin polisə şüşə və kərpic atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından bəziləri yaralanıb. Etirazçılar həmçinin polis maşınlarını yandırıb və onlara ziyan vurublar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Nəşrin məlumatına görə, hücumdan sonra sosial şəbəkələrdə qatilin mənşəyi və dini ilə bağlı çoxlu fərziyyələr ortaya çıxıb. Britaniya polisinin açıqladığı hücumçunun şəxsiyyəti ilə bağlı yeganə təfərrüat onun Uelsin Kardiff şəhərində anadan olmuş Banksdan olan 17 yaşlı yeniyetmə olmasıdır. Onun təkbaşına hərəkət etdiyi güman edilir.

Altı və yeddi yaşlı qızlar vəfat edib, üçüncü uşağın yaşı barədə məlumat verilməyib. Daha səkkiz uşaq bıçaqlanıb, onlardan beşinin vəziyyəti ağırdır.

//Samir Qurbanov,  Editor.az