backend

Ucarda avtomobil 2-ci sinif şagirdini vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb.
Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.
İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

///APA