Ucarda maskalı şəxslər qadının evinə basqın edibbackend

Ucarda maskalı şəxslər qadının evinə basqın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda maskalı şəxslər qadının evinə basqın edib.

“Report” xəbər verir ki, rayon sakini Nurayya Həsənova fevralın 4-də evinə basqın olması barədə polisə ərizə ilə müraciət edib.

O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı araşdırma aparılır.