Üçtərəfli görüş baş tutacaq?- Gözləntilərlə bağlı AÇIQLAMAbackend

Üçtərəfli görüş baş tutacaq?– Gözləntilərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Sammit çərçivəsində İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumat yayılıb.

Maraqlıdır, baş tutacaq görüşün nəticəsi nə olacaq?

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, ilin sonuna doğru Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının qeyri-formal sammitində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşəcəyi daha əvvəldən bəlli idi:

“Bu görüşdə həm Soçi, həm də Brüssel bəyanatından sonra regionda qarşılıqlı sülh və etimad mühitinin yaranması üçün vacib olan bəzi məsələlərin Ermənistan tərəfindən yerinə yetirilməsi müzakirə olunacaq. Sərhədlərin delimitasiya və demakrasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın qarşısına konkret şərtlər qoyulub və tez bir zamanda bu şərtlər yerinə yetirməlidir. MDB sammitində də Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi ilə bağlı hazırki vəziyyət yoxlanılacaq və buna uyğun da qərarlar qəbul ediləcək. Ümumilikdə isə ilin yekunu xarakterli MDB dövlət başçıları sammitində bundan sonra regionda qarşılıqlı sülh və etimad mühiti üçün vacib olan bir sıra məsələlərin də müzakirə ediləcəyi gözlənilir. İstənilən halda dekabr ayı ərzində artıq üçüncü görüş baş tutacaq. Bu, gələcəkdə regionun pandemiyadan sonrakı dövrdə siyasi, iqtisadi və ictimai aktivliyi üçün mühüm əhəmiyyət daşıyır və mən düşünürəm ki, bu görüş də Soçi və Brüssel bəyanatlarındən irəli gələn müddəaların yerinə yetirilməsi ilə bağlı yoxlama xarakterlidir. Hesab edirəm ki, bu tip görüşlərin sayı nə qədər çox olarsa, bu regionun gələcəyi baxımından da önəmli və faydalıdır”.

//Gülnarə Abasova, Editor.az