Üçüncü dozanın vurulmasına başlanılır: Noyabrın 8-dən…backend

Üçüncü dozanın vurulmasına başlanılır: Noyabrın 8-dən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Delta variantı ilə mübarizənin davam etdiyi Avstraliyada COVİD-19 peyvəndinin ikiqat dozası vurulanlar noyabrın 8-dən 3-cü dozanı da qəbul edə bilərlər.

Yenisabah.az xəbər verir ki, bu gündən etibarən üçüncü doza qocalar evlərində olanlara və əlillərə vurulacaq, 16 yaşdan yuxarı avstraliyalılar isə noyabrın 8-dən üçüncü dozanı da qəbul edə biləcəklər. Qeyd edək ki, Avstraliyada peyvənd cəhdləri sürətlənərkən, Delta variantının təsiri altında olan Viktoriya və Yeni Cənubi Uels əyalətlərində koviddən ölüm halları davam edir.