Üçüncü Dünya Müharibəsi riski: “Nüvə silahı aparıcı dövlətlərin bir-birilə  münaqişəyə keçməsinin qarşısını alır”backend

Üçüncü Dünya Müharibəsi riski: “Nüvə silahı aparıcı dövlətlərin bir-birilə  münaqişəyə keçməsinin qarşısını alır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü Dünya Müharibəsinin simptomları müxtəlif regionlarda baş verən hadisələr fonunda ciddi şəkildə müşahidə olunur.  Xüsusilə Çinlə ABŞ arasında qızğın qarşıdurma gedir. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi də dərinləşir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, hazırda baş verən proseslər Birinci və İkinci Dünya müharibəsindən əvvəl baş verən hadisələrsən xeyli fərqlənir:

“O zaman genişmiqyaslı müharibələr koalisiyalar arasında gedirdi. Ancaq indi  hər bir münaqişənin arxasında aparıcı dövlətlər dayanır. Əvvəllər nüvə silahı da yox idi. İndi isə bir sıra dövlətlər nüvə silahına malikdir. Bu səbəbdən belə bir genişmiqyaslı müharibə baş verərsə bu, ilk növbədə nüvə silahına malik ölkələr üçün təhlükədir. Ancaq nüvə silahı aparıcı dövlətlərin bir-birilə  münaqişəyə keçməsinin qarşısını alır, bir səd kimi onları qoruyur. Bu heç də o demək deyil ki, belə bir qarşıdurmalar dərhal yaxın gələcəkdə dayanacaq və qan da tökülməyəcək. Çünki artıq geosiyasi vəziyyət indiki mərhələdə onu göstərir ki, dövlətlər açıq şəkildə müxtəlif regionlarda bir-birilə qarşıdurmada ərazilər və ya hansısa məqsədlər uğrunda açıq şəkildə vuruşur”.

//Gülnarə Abasova, Editor.az