Rusiya Federasiyası Prezidentinin keçmiş köməkçisi Vladislav Surkov hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski Minsk razılaşmalarından imtina etməklə “qlobal müharibənin başlanmasının təhlükəsizlik mexanizmini aradan qaldırıb”.
Onun fikrincə, tezliklə “üçüncü dünya müharibəsi yaxınlaşır”: “Zelenski Minsk razılaşmalarını rədd etməklə qlobal müharibəyə səbəb olan təhlükəsizlik mexanizmini aradan qaldırıb. Bu, “üçüncü Minsk” deyil, üçüncü dünya müharibəsidir. Belə miqyaslı təhlükəni dayandırmaq üçün başqa, birgə miqyaslı tədbirlər tələb olunur”, – Vladislav Surkov “Aktual Şərhlər” portalına müsahibəsində bildirib.
Xatırladaq ki, ilk Minsk razılaşmaları 2014-cü ilin sentyabrında Rusiya-Ukrayna-ATƏT üçtərəfli təmas qrupu, həmçinin DXR və LPR nümayəndələri tərəfindən imzalanıb. İkinci Minsk razılaşması 2015-ci ildə Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə imzalanıb.
//Samir Qurbanov, Editor.az