Üçüncü koronavirus dalğası ola bilərbackend

Üçüncü koronavirus dalğası ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması idi və lazımi infrastruktur vaxtında yaradılmasa, üçüncü dalğa 2021-ci ilin əvvəllərində gələcək.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi David Nabarro İsveçrənin CH Media nəşriyyat qrupuna verdiyi müsahibədə bildirib.

D.Nabarro qeyd edib ki, Avropada buna reaksiya natamam olub. O əlavə edib ki, Avropa ölkələri “birinci dalğanı nəzarətə aldıqdan sonra yaz aylarında lazımlı infrastruktur yaratmaq fürsətini əldən qaçırıblar”:

“İndi isə onlarda ikinci dalğadır. Lazımi infrastrukturu indi yaradılmasa, gələn ilin əvvəlində üçüncü dalğa başlayacaq”.