Üçüncü ölkələr vəziyyətdən istifadə edib Cənubi Qafqazda möhkəmlənməyə çalışırlar – KTMT-nin baş qərargahının rəhbəribackend

Üçüncü ölkələr vəziyyətdən istifadə edib Cənubi Qafqazda möhkəmlənməyə çalışırlar – KTMT-nin baş qərargahının rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra üçüncü ölkələr Ermənistan-Azərbaycan sərhədindəki münaqişədən istifadə edib Cənubi Qafqazda möhkəmlənməyə çalışırlar.

Editor.az bildirir ki, bu açıqlama ilə KTMT-nin baş qərargahının rəhbəri Andrey Serdyukov çıxış edib. O qeyd edib ki, regionda sabitliyi qorumaq üçün Bakı və İrəvan sülhə getməlidir.

“Ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri qeydə alınır. Bunun üçün Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialından fəal istifadə olunur.

Vəziyyətin gələcək nizamlanmasında sülh sazişinin bağlanması vacib olaraq qalacaq”, -Andrey Serdyukov deyib. O, Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq, Qərb ölkələrinin vəziyyətə təsir göstərməyə çalışdığını da vurğulayıb. “Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, xaricdən gələn cəhdlər münaqişədən sonrakı nizamlanma formatına təsir etməkdə davam edir”, – Serdyukov yekunlaşdırıb.

//Samir Qurbanov ,Editor.az