Üçüncü ölkələrin Xəzər dənizinin işlərinə hərbi müdaxiləsi region dövlətlərinin maraqlarına ziddir – İİR Xarici İşlər Naziribackend

Üçüncü ölkələrin Xəzər dənizinin işlərinə hərbi müdaxiləsi region dövlətlərinin maraqlarına ziddir – İİR Xarici İşlər Naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan üçüncü ölkələrin Xəzər dənizinin işlərinə hərbi müdaxiləsinin region dövlətlərinin maraqlarına zidd olduğunu bildirib.

Editor.az bildirir ki, bu barədə o, Türkmənistandan olan həmkarı Rəşid Meredovla danışıqlar zamanı deyib: “Əmir Abdullahyan bəzi üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək üçün hərəkətlərini regionun maraqlarına zidd adlandırıb”, – İran Xarici İşlər Nazirliyindən bildirilir.

Bundan əlavə, dövlət başçısı region dövlətlərinin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçılarının iştirakı ilə növbəti Xəzər İqtisadi Forumunun keçirilməsini təklif edib. Bundan əvvəlki tədbir 2022-ci ilin oktyabrında Rusiyanın paytaxtında baş vermişdi.

//Samir Qurbanov, Editor.az