“Udineze” Marsel Tisserandı transfer etmək istəyirbackend

“Udineze” Marsel Tisserandı transfer etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Udineze” klubu bu il Türkiyənin “Fənərbaxça” klubunda əsas heyətdə yerini itirən Marsel Tisserandı transfer etmək istəyir. Editor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq “Udineze” təmsilçisi İstanbul klubuna təklif göndərib. “Fənərbaxça” tərəfi isə sərfəli təklif olacağı halda Demokratik Konqodan olan futbolçunu sata biləcəklərini açıqlayıb.

Qeyd edək ki, Marsel Tisserand arxada qoyduğumuz mövsümdə 26 oyunda 1961 dəqiqə meydanda olub.

//Nəzərbəy Hacıağayev, Editor.az