UEFA Avropa Liqasının və UEFA Konfrans Liqasının final oyunları İstanbuldabackend

UEFA Avropa Liqasının və UEFA Konfrans Liqasının final oyunları İstanbulda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Şurası 2026-cı ildə UEFA Avropa Liqasının və 2027-ci ildə UEFA Konfrans Liqasının final oyunlarına ev sahibliyi etmək hüququnun Türkiyənin İstanbul şəhərinə verilməsi barədə qərar qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Şurasının üzvü Servet Yardımcı deyib. Artıq 2026-cı ildə UEFA Avropa Liqasının finalının Türkiyənin məşhur “Beşiktaş” futbol klubunun stadionu olan “Tüpraş”da keçirilməsinə qərar verilib. Şura 2027-ci ildə UEFA Konfrans Liqasının finalının keçiriləcəyi stadionla bağlı isə hələlik qərar verməyib.

Xatırladaq ki, bu, İstanbulun idman arenası üçün ilk UEFA final turniri deyil – 2019-cu ildə “Vodafone Park” kimi tanınan stadionda İngiltərənin “Liverpul” və “Çelsi” klublarının mübarizə apardığı UEFA Superkubokunun final matçı keçirilib.

//Samir Qurbanov, Editor.az