UEFA Çempionlar Liqası finalını İstanbuldan aldıbackend

UEFA Çempionlar Liqası finalını İstanbuldan aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın İcraiyyə Komitəsinin qərarları bəlli olub.

Editor.az apasport.az-a istinadən xəbər verir ki, bunu UEFA-nın baş katibi Corco Marketti açıqlayıb.

Qurumun İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasından sonra mətbuat konfransı keçirən Marketti aşağıdakı qərarların qəbul edildiyini bildirib:

– Çempionlar Liqasının 2019/20 mövsümü “Səkkizlər finalı” formatı ilə başa çatdırılacaq. Portuqaliyanın Lissabon şəhərində təşkil olunacaq turnirin qarşılaşmaları avqustun 12-23-də baş tutacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək.

– Növbəti mövsümün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması oktyabra planlaşdırılır.

– Avropa Liqasının 2019/20 mövsümü də eyni formatda Almaniyanın 4 şəhərində təşkil olunacaq. Köln, Düssüldorf, Duysburq və Helzenkirhendəki qarşılaşmalar avqustun 10-21-də keçiriləcək.

– Milli assosiasiyalar və liqalar avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını avqustun 3-dək UEFA-ya təqdim etməlidir.

– Yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibləri püşklə müəyyənləşəcək.

– Millətlər Liqasının bərpası sentyabr ayına planlaşdırılır.

– AVRO-2020-nin ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.