Bu gün UEFA Çempionlar Liqasının 1/4 finalının püşkü atılıb. Turnirin bu mərhələsində maraqlı qarşılaşmalar baş tutacaq. Editor.az xəbər verir ki, püşk “Maçester Siti” ilə “Atletiko Madrid”i rəqib edib. İlk görüş “şəhərlilər”in meydanında keçiriləcək. Elə həmin gün Portuqaliya nəhəngi “Benifika” “Liverpul”un qonağı olacaq. Tərəflər arasında ilk qarşılaşma aprelin 6-da cavab görüşü isə aprelin 13-də baş tutacaq.
Bir gün sonra isə İngiltərədə “zadəganlar”ın sayəsində yenə Çempionlar Liqası həyacanı davam edəcək. “Çelsi” “Real Madrid”i qəbul edəcək. Elə həmin gün “Bayern Münhen” İspaniyada “Vilyareal”ı sınağa çəkəcək. Tərəflər arasında ilk qarşılaşma aprelin 7-də cavab görüşü isə aprelin 12-də baş tutacaq.
//Editor.az

