UEFA Ermənistanı cəzlandıra bilər: oyun zamanı təxribat xarakterli şüarlar səsləndirdiklərinə və pirotexniki vasitələrdən istifadəyə görəbackend

UEFA Ermənistanı cəzlandıra bilər: oyun zamanı təxribat xarakterli şüarlar səsləndirdiklərinə və pirotexniki vasitələrdən istifadəyə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Xorvatiya matçında baş verən hadisələrə görə Ermənistan Futbol Federasiyasına qarşı intizam işi başlanıb.

Editor.az xəbər verir ki, UEFA federasiyanı stadionda ictimai keçidləri bağlamaqda və oyun zamanı siyasi və təxribat xarakterli şüarlar göndərməkdə ittiham edir.

Bundan başqa, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi matçın başlanmasının təxirə salınmasına səbəb olub. Ermənistan yığmasının məşqçisi Aleksandr Petrakov da cəzalandırıla bilər.

Xatırladaq ki, Ermənistan-Xorvatiya oyunu zamanı erməni azarkeşlər Qarabağdakı qondarma rejimin “bayrağı”nı dron vasitəsilə meydana buraxmışdılar. Görüş isə xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

//Samir Qurbanov, Editor.az