RFF-nın nümayəndələri UEFA-nın növbəti Konqresində iştirak edəcəklər.
Editor.az bildirir ki, müvafiq məlumatı Rusiya təşkilatının prezidenti Aleksandr Dyukov da təsdiqləyib. “RFF fevralda UEFA-nın Konqresində iştirak edəcək. Nümayəndə heyətinin tərkibini müəyyən etmişik”, – Aleksandr Dyukov deyib.
Parisdə keçiriləcək iclas fevralın 8-nə təyin edilib. Xatırladaq ki, ötən ilin sonunda RFF Asiya Futbol Konfederasiyasına üzv olmaq ideyasından imtina etmişdi.
//Samir Qurbanov, Editor.az

