UEFA Türkiyə millisinin futbolçusu haqqında araşdırma başladıbbackend

UEFA Türkiyə millisinin futbolçusu haqqında araşdırma başladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Merih Demiralın Avstriya ilə oyunda qolunu qeyd edərkən etdiyi hərəkət səbəbilə ona qarşı araşdırma başladıb.

Məlumata görə, Merih Demiralın AVRO-2024-də Avstriya millisinə vurduğu qolu qeyd edən zaman “boz qurd” işarəsini göstərməsi birmənalı qarşılanmayıb.

UEFA-dan futbolçunun qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olduğunu bildirilib. Həmin hərəkət Almaniya və Avstriyada reaksiyalara səbəb olub.

“Sky News”un müxbiri Rob Harris yazıb ki, istintaq “uyğunsuz davranış” maddəsi ilə başlayıb.

Oxu.az