UFC döyüşçüsü Azərbaycan papağı ilə brifinqə çıxmasından danışdı: “Bu mənim milliyyətimi əks etdirir” – VİDEObackend

UFC döyüşçüsü Azərbaycan papağı ilə brifinqə çıxmasından danışdı: “Bu mənim milliyyətimi əks etdirir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransına papaqla qatılmasına aydınlıq gətirib.

“Ataman” ləqəbli idmançı ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş UFC-256 turnirində braziliyalı Renato Moykanoya qalib gəldikdən sonra papaq barədə fikirlərini bildirib.

Ona “başındakı geyimin bir tarixçəsi varmı?” sualı verilib. Qırğızıstan vətəndaşı olan, lakin atası azərbaycanlı olan Fiziyev suala belə cavab verib:

“Bu, papaqdır. Azərbaycana məxsus baş geyimidir. Bu, mənim adət-ənənəmi, mənim milliyyətimi, mənim və ailəmin tarixini əks etdirir”.

Qeyd edək ki, Rafael Fiziyev iyulda verdiyi açıqlamasında bundan sonra döyüşlərə (döyüş öncəsi və sonrası) Azərbaycan papağı ilə çıxacağını, bunu ona azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayevin verdiyini açıqlamışdı. Heç vaxt Azərbaycanda olmadığını bildirmiş Fiziyev papağın onun “Ataman” ləqəbi ilə tutuşduğunu bildirib.