Üfunət iyi verən “İsvec demokratiyası”: PKK-lar Parlament binasının qarşısında Rəcəb Tayyib Ərdoğanın müqəvvasını yandırdılar-FOTObackend

Üfunət iyi verən “İsvec demokratiyası”: PKK-lar Parlament binasının qarşısında Rəcəb Tayyib Ərdoğanın müqəvvasını yandırdılar-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stokholmda, İsveç parlamentinin binası qarşısında terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müqəvvasını yandırıblar.

Stokholm polisi isə yalnız baş verənləri izləyib.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb. “İsveçdə… milli-mənəvi dəyərlərə hücumlar dayanmır.

Nəhayət, terror təşkilatı PKK tərəfdarları ölkənin paytaxtı Stokholmda toplaşaraq, İsveç parlamentinin binası önündə Türkiyə liderinin müqəvvasını yandırıblar. Yaxınlıqda olan polislər təxribatın qarşısını almaq əvəzinə adətən baş verənləri izləyiblər”, – qəzet bildirir.

Etirazçıların daşıdıqları pankartlardan birində qeyd olunub ki, onlar sentyabrın 30-da Stokholmun mərkəzində İsveçin NATO-ya daxil olmasına qarşı nümayiş keçirmək üçün polisdən icazə alıblar.

Nəşr qeyd edir ki, bu, İsveçdə ilk belə anti-Türkiyə aksiyası deyil: Yanvarın 11-də bir qrup terror təşkilatı PKK tərəfdarı Stokholmda tarixi meriya binası qarşısına toplaşaraq, dirəkdən prezident Ərdoğana oxşayan kukla asmışdılar.

Xatırladaq ki, Türkiyə parlamenti İsveçin Türkiyənin tələblərini yerinə yetirməyincə və terror təşkilatlarına dəstəyi dayandırmayınca NATO-ya üzv olmayacağına əmin edib.

//Samir Qurbanov, Editor.az