“Uğurlu xarici siyasətimiz müxtəlif ölkələrin Azərbaycanla tərəfdaşlıq istəyini artırıb”- Millət vəkili ŞƏRH EDİRbackend

“Uğurlu xarici siyasətimiz müxtəlif ölkələrin Azərbaycanla tərəfdaşlıq istəyini artırıb”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində həyata keçirilən görüşlər kifayət qədər əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Bir sıra Avropa ölkələri bunu açıq şəkildə ifadə edir. Azərbaycan Prezidentinin dünyada nüfuzlu siyasətçi kimi tanınması, onun başçılığı ilə həyata keçirilən xarici siyasət müxtəlif ölkələrin Azərbaycan dövləti ilə tərəfdaşlıq istəyini artırıb”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Şahin İsmayılov martın 14-də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini şərh edərkən deyib.

Millət vəkili Prezidentin Almaniyaya səfəri zamanı bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayer, kansler Olaf Şolz və aparıcı şirkətlərin rəhbərləri ilə görüşlərini də diqqətə çəkib:

“Frank-Valter Ştaynmayer Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqlar prosesində iştirakına toxunaraq Almaniyanın İttifaqının apardığı missiyaya dəstək verdiyini qeyd etdi. Görüş əsnasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi olaraq vurğulayan Almaniya Prezidenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini də ifadə etdi. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun birgə mətbuat konfransında da iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi məsələsinə toxunuldu. Azərbaycan Prezidentinin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Almaniyanın ali rəhbərliyinin ölkəmizlə əməkdaşlığıa ciddi maraq göstərməsi, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri və Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynaması, iqtisadiyyatın inkişafı üçün atılan digər addımlara, xüsusən də investisiya mühitinə nəzər salsaq bu ölkənin nəhəng şirkətlərinin də Azərbaycanla əməkdaşlığa səy göstərdiyinin şahidi olacağıq. Azərbaycanın xarici ölkələrlə həyata keçirdiyi birgə layihələr, bir sıra sahələrdə uğurlu əməkdaşlığın reallaşdırılması, dünya ölkələri arasında söz sahibi olması, hərb sahəsində qazanılmış qələbə və ölkənin günbəgün artan nüfuzu onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi özünü doğruldub. Azərbaycanda enerji sahəsində görülən işlər kifayət qədər diqqət cəlb edir və ölkənin Avropanın enerji təhlükəsizliyində önəmli potensiala malik olması açıq şəkildə görülməkdədir. Prezidentin Almaniya səfəri də münasibətlərin inkişafı və şaxələnməsinə müsbət təsir edəcək”.

//Gülnarə Abasova, Editor.az