Uğursuz əməliyyatın qurbanı olan xanım”: Evdən bayıra çıxa bilmirəm”backend

Uğursuz əməliyyatın qurbanı olan xanım”: Evdən bayıra çıxa bilmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bədənimdəki deşikdən çirk axır. Ağrılarım var, evdən çıxa bilmirəm”.

Bu sözləri uğursuz əməliyyatın qurbanı olan Şəhla Əliyeva Baku TV-yə açıqlamasında deyib.

“Üç il öncə bədənimin bəzi nahiyələrinə gel vurdurmuşdum. 8 ay əvvəl ağrılarım oldu. İnternetdə bu sahədə ixtisaslaşmış Gündüz Bayram adlı həkimi gördüm və ona müraciət etdim. Gündüz həkim bəzi nahiyələrimdən gelləri çıxartdı. Bədənimdəki deşiklər hələ də yumulmayıb və həmin nahiyədən çirk hələ də axır”.

Ş.Əliyeva Gündüz Bayram tərəfindən göz qapağı əməliyyatı da olunduğunu bildirib:

“Etdiyi bütün əməliyyatlar uğursuz alınıb. Ayağımda öz-özünə göyərmələr olur”.

Şikayətçi ona dəyən ziyanın ödənilməsini tələb edir. Deyir ki, heç olmasa, əməliyyata verdiyi pulu geri qaytarsın ki, o da həkimin bədənində yaratdığı fəsadları başqa, daha peşəkar həkim vasitəsilə aradan qaldırsın:

“Qaşımı əlavə pul ödəyərək əməliyyat etdirdim. Göz qapağımı da düzəltdirməliyəm. Bunlara əlavə pulum çıxacaq. Gündüz həkimə 17 minə yaxın pul vermişəm. Ortada heç bir nəticə yoxdur. Pulumu geri istəyirəm”.