Uğursuz komandirlər işdən qovulur- Putin onlara şəxsən rəhbərlik edirbackend

Uğursuz komandirlər işdən qovulur- Putin onlara şəxsən rəhbərlik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kəşfiyyatı Rusiya prezidenti Vladimir  Putinin fəaliyyətindən razı qalmadığı komandirləri işdən çıxarması haqqında məlumat yayıb.

Editor.az  xarici KİV-ə istinadən xəbər verir ki, tank bölməsinin komandiri, general Serhiy Kisel Xarkovdakı uğursuzluğa görə vəzifəsindən azad olunub. Qara dəniz donanmasının komandiri admiral İqor Osipov isə “Moskva” kreyserinin batması ilə əlaqədar vəzifəsindən azad edilib. Bundan əvvəl də Qərb mətbuatında Putinin digər generalları da işdən çıxarması ilə bağlı iddialar yer almışdı.

Son hesabatda bildirilib ki, cəbhədəki rus komandirləri müharibə hədəflərindən çox uğursuz fəaliyyətlərindən boyun qaçırmaqda maraqlıdırlar. Generallar öz uğursuzluqlarını ört-basdır etmək və ya günah keçisi tapmaqla məşğuldurlar. Hesabat Putinin müharibənin gedişinə şəxsən nəzarət etməsi ilə bağlı açıqlamadan sonra yayılıb.

Adı açıqlanmayan Qərb hərbi mənbələri bildirib ki, müharibənin gedişindən narazı qalan Putin onlara şəxsən rəhbərlik edir.

//Nəzərbəy, Editor.az