Ukrayna 2024-cü ildə seçki keçirə bilər, lakin…backend

Ukrayna 2024-cü ildə seçki keçirə bilər, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2024-cü ildə seçki keçirməyə hazırdır, lakin həllini gözləyən bir sıra problemlər, xüsusən də müvəqqəti işğal olunmuş ərazilərdə iradə ifadəsi məsələsi var.

Editor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yalta Avropa Strategiyasının illik toplantısı zamanı deyib. O, xüsusilə qeyd edib ki, seçkilərin keçirilməsi “demokratiya deyil, təhlükəsizlik məsələsidir”.

Prezidentin sözlərinə görə, hərbçilərin, işğal olunmuş ərazilərdəki və xaricdəki ukraynalıların səsvermədə iştirak etməsi zəruridir. Seçkilər onlayn keçirilirsə, qanunvericiliyə dəyişikliklər edilməlidir.

“Əsas odur ki, müvəqqəti işğal olunmuş ərazilərlə nə etmək lazımdır. Fevralın 24-dən işğal altında olan yaşayış məntəqələri var – onların əhalisi də ukraynalıdırlar”, – Zelenski vurğulayıb.

Prezident həmçinin xatırladıb ki, şəffaf seçkilərdə müşahidəçilər olmalıdır, lakin onların “səngərdə necə olacaqları” sualı açıq qalır.

//Samir Qurbanov, Editor.az