“Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində Avdiivka yaxınlığında 900-ə yaxın rus hərbiçisini öldürüb”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” hesabında məlumat verilib.
Xüsusilə, Ukrayna əsgərləri Kupyansk istiqamətində “Xortitsa” Operativ Strateji Qüvvələr Qrupunun məsuliyyəti zonasında, Xarkov vilayətinin Sinkovka və İvanovka yaşayış məntəqələri ərazilərində 30-dan çox, Luqansk vilayətində Nadejda yaxınlığında isə rusların 12 hücumunu dəf edib.
Hücum nəticəsində 50-yə yaxın tank və 100-dən çox zirehli texnika məhv edilib və zədələnib.
//Safura Bənnayeva, Editor.az

