Ukrayna 7-10 gün tab gətirməlidir: bunun ardınca Putin… – FOTObackend

Ukrayna 7-10 gün tab gətirməlidir: bunun ardınca Putin… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna 7-10 gün tab gətirməlidir, bunun ardınca Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edəcəklər”.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Feysbuk səhifəsində yazıb.

V.Denisenko bildirib ki, Rusiya Putinin öz avantürası ilə nə qədər irəli getdiyini anlamaya bilməz: “Onlara məhsuldar danışıqlara məcbur edilməzdən əvvəl hər hansısa qələbə lazımdır (əsas zərbə Mariupol və Kiyevə nə isə etmək cəhdidir). Buna görə də bizim etməli olduğumuz növbəti 7-10 gün tab gətirməkdir. Bunun ardınca böyük ehtimalla Putini danışıqlar masası arxasına əyləşməyə vadar edəcəklər. Bu danışıqların nəticəsi nə olursa-olsun, Rusiyanı qlobal dünyanın neft və qaz bazarından çıxarmağa başlayacaqlar”.

Nazir müşavirinin sözlərinə görə, Çin (Rusiyanın ən böyük müttəfiqi – red.) müharibənin tezliklə başa çatmasında maraqlıdır. Müharibə Çinin idxal etdiyi neft və digər xammalın qiymətinin artmasına gətirib çıxarır ki, bu da ölkə iqtisadiyyatına böyük zərbə vurur.

“Neftin həddindən artıq yüksək qiyməti qlobal miqyasda dünya iqtisadiyyatına, xüsusən də Avropa İttifaqı və Çinə təsir edir. Onlar üçün ən vacibi qiymətlərin sürətlənməsinə son qoymaqdır”, – Denisenko əlavə edib.

Publika.az