Ukrayna rəsmiləri ABŞ-dan Rusiya aerodromlarına hücum etmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verməsini xahiş ediblər.
Editor.az bildirir ki, bu barədə “The Washington Post” qəzeti yazıb. Nəşr Ukrayna prezidentinin adı açıqlanmayan müşaviri Vladimir Zelenskiyə istinad edir.
Söhbət Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna cavab vermək üçün istifadə olunan Rusiya aerodromlarından gedir. Rəsmiyə görə, Vaşinqton raketlərin istifadəsinə icazə verərsə, Kiyevə “Rusiya ilə danışıqlar aparmaq üçün lazım olan rıçaq” verəcək.
Qeyd edək ki, ATACMS 300 km-ə qədər uçuş məsafəsi olan yer-yer tipli idarə olunan raketdir. O, çoxlu qurğuları olan raket sistemlərindən (MLRS) buraxılır. Mayın sonunda məlum olub ki, ABŞ Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə verib, ancaq yalnız Xarkov ərazisində. İyun ayında Pentaqon Rusiyanın dərinliklərində zərbələrə qoyulan qadağanın hələ də qüvvədə olduğunu elan edib. Avqustun 6-dan etibarən Kursk vilayətinin Sudjanski və Korenevski rayonlarında döyüşlər davam edir.
Bölgədə fövqəladə vəziyyət elan edilib, 3 minə yaxın sakin təxliyə edilib.
//Samir Qurbanov, Editor.az