Ukrayna ABŞ-dan uzun mənzilli JASSM raketləri ala bilərbackend

Ukrayna ABŞ-dan uzun mənzilli JASSM raketləri ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynanı uzun mənzilli hava-yer raketləri ilə təchiz etməyə başlaya bilər. “Reuters” bir neçə adı açıqlanmayan mənbəyə istinadən xəbər verir ki, raketlər payızda elan ediləcək yeni yardım paketinə daxil edilə bilər. Lakin yekun qərar hələ verilməyib.

Tədarük razılaşması əldə olunarsa, Kiyev ilk JASSM-lərin ölkəyə gəlməsinə qədər daha bir neçə ay gözləməli olacaq. Bu, Amerika rəsmilərinin həll etməli olduğu texniki təchizat problemləri ilə bağlıdır.

Qeyd edək ki, JASSM raketi 370 km-ə qədər uçuş məsafəsinə malikdir. Bundan əlavə, raket JASSM-ER modifikasiyasına malikdir ki, bu da ona 980 km-ə qədər məsafədəki hədəfləri vurmağa imkan verir. Raket hava hücumundan müdafiə radarları üçün gizli hesab olunur: o, nisbətən aşağı hündürlükdə uça bilir və həmçinin müəyyən edilmiş hava hücumundan müdafiə mövqelərini yan keçmək üçün xüsusi marşrutu izləmək üçün proqramlaşdırıla bilir.
“Reuters” ABŞ-ın raketlərin adi və ya təkmilləşdirilmiş versiyalarını Ukraynaya ötürməyi planlaşdırdığını demir. Agentlik qeyd edir ki, ABŞ raketin qeyri-qərb qırıcıları ilə uyğunlaşması üçün səy göstərir. Hazırda JASSM B-2, B-1B və B-52H strateji bombardmançı təyyarələrində, həmçinin Ukraynanın sonuncunu avqustun 1-də aldığı F-15, F-17 və F-16 qırıcılarında quraşdırılıb.

//Samir Qurbanov, Editor.az