Ukrayna ABŞ-ın vəd etdiyi bütün M1A1 “Abrams” tanklarını alıbbackend

Ukrayna ABŞ-ın vəd etdiyi bütün M1A1 “Abrams” tanklarını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasının Kiyevə vəd etdiyi Amerika istehsalı olan bütün M1A1 “Abrams” tanklarını alıb. Söhbət 31 tankdan gedir.

Editor.az bildirir ki, bunu “Amerikanın Səsi”nə ABŞ ordusunun Avropa və Afrikadakı nümayəndəsi polkovnik Martin O’Donnell deyib.

Onun sözlərinə görə, Almaniyada Amerika hərbçiləri ilə birlikdə tanklarda təlim keçən bütün ukraynalılar da döyüş sursatı və tankların ehtiyat hissələri ilə birlikdə Ukraynaya qayıdıblar. “Biz razılaşmanı yerinə yetirmişik. Bundan sonra onlar (Ukrayna) bu qabiliyyəti nə vaxt və harada təmin edəcəklərini müəyyən etməlidir”, – O’Donnell bildirib.

O, həmçinin qeyd edib ki, “Abrams”ın döyüş meydanına göndərilməsi bir qədər vaxt ala bilər, çünki Ukrayna hərbçiləri Rusiya qüvvələrinə qarşı ən böyük effekti əldə etmək üçün lazımi dəstək elementlərinin mövcudluğunu yoxlamalı və tanklardan nə vaxt və harada istifadə edəcəyini müəyyənləşdirməlidirlər.

“Düşünürəm ki, Ukrayna onlardan nə vaxt və harada istifadə edəcəyini düşünəcək”, – O’Donnell əlavə edib.

//Samir Qurbanov, Editor.az