Ukrayna ABŞ-ın vəd etdiyi iki “Patriot”dan birini alıb Ukrayna ABŞ-ın vəd etdiyi iki “Patriot” zenit-raket kompleksindən birini alıb.
Editor.az bildirir ki, bu barədə “The Financial Times” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilova istinadən yazıb.
Qəzet yazıb ki, Ukrayna Hollandiyadan da bir neçə “Patriot” buraxılış qurğusu almalıdır, lakin onların sayı bildirilmir. Qeyd edib ki, 2022-ci ilin dekabrında ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini verəcəyini vəd edib. 2023-cü ilin yanvarında Almaniya və Hollandiyada da bu silahların tədarükü elan edilib. Martın 7-də Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak hava hücumundan müdafiə sistemlərinin Ukraynaya gəldiyini bildirsə də, sonradan bu məlumat təkzib edilib.
//Samir Qurbanov, Editor.az