Ukrayna və ABŞ ilin sonuna qədər Minerallar Fondunu işə salmaq istəyirlər və onun ilk iclası iyul ayına planlaşdırılıb.
Bu barədə baş nazirin birinci müavini Yuliya Svırıdenko məlumat verib. O, ABŞ-ın maliyyə naziri Skot Bessent və Minerallar Fondunun tərəfdaşı olacaq İnkişaf Maliyyə Korporasiyası ilə görüşlər keçirib: “Biz bu il ərzində bu fondun necə fəaliyyət göstərməsi ilə bağlı çox konkret addımları müzakirə etdik” – “Reuters” xəbər verir.
Nəşrə görə, tərəflər iyulda bu Fondun Direktorlar Şurasının ilk iclasını keçirməyi və ilkin kapitalın nə qədər olacağını müzakirə etməyi planlaşdırırlar. Svırıdenko əlavə edib ki, “bu fond üçün növbəti bir neçə il üçün investisiya strategiyası qəbul etmək lazımdır”.
//Samir Qurbanov, Editor.az