Ukrayna Aİ ilə ticarətə məhdudiyyətləri qəbul etməyə hazır olduğunu elan edirbackend

Ukrayna Aİ ilə ticarətə məhdudiyyətləri qəbul etməyə hazır olduğunu elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Polşa ilə siyasi mübahisəni aradan qaldırmaq üçün Avropa İttifaqı ilə ticarət məhdudiyyətlərini qəbul etməyə hazırdır. Editor.az “Financial Times”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın ticarət naziri Taras Kaçkaya istinadən yazıb. Ukraynalı nazir həmçinin Aİ-ni Rusiyadan taxıl idxalını qadağan etməyə çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Polşa sərhədində vəziyyət “həm iqtisadiyyat, həm də mənəviyyatdan” kənara çıxıb. O, qonşuları vəziyyətdən çıxış yolu tapmağa və daxili siyasi mübarizələrdə “qan axan ölkənin” mürəkkəbliyindən istifadə etməməyə çağırıb. Belə ki, o, iki ölkə sərhədində baş verənləri şərh edib. Burada polşalı fermerlər Ukrayna məhsullarının Aİ-yə idxalının faydalarına və onların nöqteyi-nəzərindən Aİ-nin Yaşıl Sövdələşməsinə etiraz edirlər. Polşa fermerləri 2023-cü ilin noyabrından etirazlarını davam etdirirlər. Ötən ilin dekabrında Polşa hakimiyyəti fəallarla razılığa gəlib və onlara əlavə güzəştlər, subsidiyalar vəd edib.

Lakin yanvar ayında Avropa Komissiyasının Ukraynadan gələn məhsullar üçün gömrük rüsumlarının və kvotaların ləğvini daha bir il, 2025-ci ilin iyun ayına qədər uzatmaq təklifi ilə bağlı etirazlar yenidən başlayıb. Polyaklar nəzarət-buraxılış məntəqələrini bağlayır, vaqon və yük maşınlarından Ukrayna taxılını boşaldır, hətta Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan maşınlara da ziyan vurur.

//Gülnarə Abasova, Editor.az