Ukrayna Ali radası Çeçenistan-İçkeriya Respublikasını tanıdıbackend

Ukrayna Ali radası Çeçenistan-İçkeriya Respublikasını tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasını Rusiya tərəfindən işğal olunmuş ölkə kimi tanıyıb və çeçen xalqının soyqırımını pisləyən bəyanat qəbul edib.

Editor.az xəbər verir ki, Ukrayna Ali Radasının 287 xalq deputatı Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınması və çeçen xalqının soyqırımının pislənməsi haqqında bəyanatı haqqında” qərarın (qeydiyyat nömrəsi 8132) qəbul edilməsinə səs verib.

Bəyanatda bildirilir ki, Ali Rada Rusiya Federasiyasının Çeçenistan İçkeriya Respublikasına qarşı Birinci (1994-1996) və İkinci (1999-2009) müharibələr zamanı 1817-1864-cü illər çar rejiminin və 1944-cü il Sovet hökumətinin cinayətkar hərəkətlərini təkrar etmiş, çeçen xalqına qarşı soyqırımı siyasəti törətmişdir. Ali rada BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları müvəqqəti işğal altında olan İçkeriya Çeçenistan Respublikasının ərazisində törədilmiş beynəlxalq cinayətlərin müstəqil və qərəzsiz araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırıb.

  //Samir,Editor.az