Ukrayna Ali radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıbbackend

Ukrayna Ali radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Gürcüstanın rəsmi adının “Sakartvelo” olaraq dəyişdirilməsinə çağırıb.

Bununla bağlı hazırlanan qanun layihəsi Ukrayna parlamentinin saytında dərc olunub. Qanun layihəsinin qəbuluna nail olmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də “Gürcüstan”ın “Sakartvelo”, gürcü xalqının isə “kartvellər” adlandırılması tətbiqi təklif edilir.

Təşəbbüs müəllifləri hesab edirlər ki, belə bir addım Gürcüstanın “ruslaşmış” adından qurtularaq Kiyev və Tbilisinin yaxınlaşmasına kömək edəcək. Sakartvelo Gürcüstanın tarixi adıdır, tərcümədə “Kartvellər ölkəsi” – Transqafqazın avtoxton əhalisi deməkdir.

  //Samir Qurbanov,Editor.az